Türkiyə ilə İsrail dostlaşmalıdır - Sosial şəbəkələr bağırır - FOTOFAKT

Hazırda oxunan: Türkiyə ilə İsrail dostlaşmalıdır - Sosial şəbəkələr bağırır - FOTOFAKT

21393

İllərdir ki, Ankara ilə Tel-Əviv əlaqələrində istiləşmə yoxdur.

Bizim.Media xəbər verir ki, 44 günlük savaşda Türkiyə kimi İsrailin də Azərbaycanın haqlı mövqeyini dəstkləməsi bu iki ölkənin müttəfiqliyini gündəmə gətirib.

Belə ki, Azərbaycanda yaşayan insanların əksəriyyəti, həmçinin də dünyanın müxtəlif ekspertləri Türkiyə ilə İsrail əməkdaşlığını regionun gələcək taleyi kimi görürlər.
 

MÖVZU İLƏ BAĞLI:

“Türkiyə və İsrailin bir-birini linc etməsi ziyanımızadır” - TƏHLİL


Politoloqların fikrincə, belə bir ittifaq bölgədəki geosiyasi durumu Ankaranın xeyrinə dəyişər ki, bu uğurlu xətdə asanlıqla Bakı da yer ala bilər.

Son günlər İsraillə Fələstin arasındakı Qüds atışmaları məsələni daha da qabardıb. Hətta Ankaranın İsrail yanında olmamasını anlamayanlar da var. "Facebook" istifadəçiləri arasında istər Türkiyə vətəndaşları, istərsə də azərbaycanlılar arasında belə bir sual var:

"Türkiyə-İsrail əməkdaşlığı niyə ləngiyir?"

Bunu yazan adamlar hazırkı soyuqluğa azqala etiraz edir və bu təpkini müxtəlif dəlillərlə isbatlayırlar. Bu tip postların birində iki foto yer alıb. Paylaşımların birində Fələstindəki "Ermənistan küçəsi", digərində isə İsraildəki "Atatürk küçəsi"nin fotoları yer alıb. Yəni, İsrail Türkiyənin öndərinə ehtiram bildirmişkən Ankara niyə Tel-Əvivlə dostlaşmır?

Həmin fotoları təqdim edirik:

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin