Quraqlıq başladı, yırtıcı heyvanlar kəndlərə hücum etdi

Hazırda oxunan: Quraqlıq başladı, yırtıcı heyvanlar kəndlərə hücum etdi

213915
Afrikada yerləşən Keniyada insanlar son zamanlar vəhşi heyvanların hücumuna məruz qalır.

Bir neçə gün öncə bir leopardın Çeribo kəndinə hücum etməsi nəticəsində 10 nəfər yaralanıb.

Eyni kənddə bu hadisədən 2 gün öncə başqa bir leopard 11 qoyunu parçalayıb. Lakin kəndlilər oxla onu vurub öldürüb.

Bundan başqa, Makueni əyalətində çayda balıq tutan bir nəfəri timsah yeyib.

Homa Bay əyalətində Viktoriya gölündən su götürmək istəyən bir qadına da timsah hücum edib.xa0 Lakin, o yaxınlıqdakı balıqçıların köməyi ilə ağır yaralı halda xilas edilib.

Qeyd edək ki, Keniyada son aylarda yaşanan quraqlıq səbəbindən vəhşi heyvanların yaşayış yerlərinə hücum etməyə başlayıblar.(Qafqazinfo)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin