Rusiya Federasiyasının İnquşetiya Respublikasında silsilə terror aktlarının və təxribatların qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik (FSB) Xidməti məlumat yayıb.
Bildirilib ki, Maqas və Nəzran şəhərlərində enerji obyektlərində təxribat və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar hazırlayan 8 yerli sakin FSB əməkdaşları tərəfindən saxlanılıb.
Şübhəlilərdən biri həbs zamanı silahlı müqavimət göstərib və o, zərərsizləşdirilib. Digərləri həbs edilib. Əməliyyat zamanı təxminən 10 kq trotil tutumlu partlayıcı maddə, qumbaraatan, 5 avtomat, 9 tapança və 11 qumbara aşkar edilib.
Bizim.Media