Exit-poll: Avstriya Azadlıq Partiyası parlament seçkilərində qalib gəlib

Hazırda oxunan: Exit-poll: Avstriya Azadlıq Partiyası parlament seçkilərində qalib gəlib

213742

Sentyabrın 29-da Avstriyada keçirilən parlament seçkilərində Avstriya Azadlıq Partiyası (AAP) exit-pollun nəticələrinə görə liderdir.

Bizim.Media xəbər verir ki, sağçı-radikal düşərgəni təmsil edən AAP tarixində ən yüksək nəticəyə nail olub və hazırda 29,2 faiz səslə (+13 faiz) seçkilərin qalibidir.

Hökumətdə təmsil olunan mərkəzçi-mühafizəkar Avstriya Xalq Partiyası isə tarixində ikinci ən pis nəticə (26,3 faiz) ilə ikinci yerdə qərarlaşıb. Sosial-demokratlar isə tarixində ən uğursuz seçki göstəriciləri (20,6 faiz) - ilk dəfə üçüncü yer ilə barışmalı olub.

Liberal demokratlar da parlament seçkilərinin qalibləri cərgəsində yer alırlar.

Belə ki, bu partiya yarandığı vaxtdan bəri seçicilərin ən yüksək etimadını əldə edərək, 9,1 faiz nəticəyə çatıb. Hökumətdə təmsil olunan Yaşıllar Partiyası isə beş faiz səs itirib və 8,7 faizlə beşinci yerdə qərarlaşıb.
 

Səsvermənin ilkin göstəriciləri yaxın saatlarda elan ediləcək, məktubla verilmiş səslərin sayı isə bir neçə gün çəkəcək. Lakin seçki mütəxəssislərinin rəyinə görə, exit-pollun nəticələri və proqnozlar yekun nəticələrdən cüzi fərqlənəcək.


Parlament seçkilərində 6,3 milyon səsvermə hüququna malik Avstriya vətəndaşlarının 75,6 faizi iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin