"Qərbin Ukrayna münaqişəsində artan iştirakı ilə əlaqədar Rusiya yenilənmiş nüvə doktrinasının müddəalarını tətbiq etməyə hazır olmalıdır".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Putindən XƏBƏRDARLIQ: “Belarusa hücum edilsə, Rusiya nüvə silahından istifadə edəcək” - VİDEO
Peskov qeyd edib ki, Rusiya Qərbin Ukraynadakı münaqişədə artan iştirakının dərəcəsi ilə bağlı qərarlar verəcək.
"Qərbin artan müdaxiləsi fonunda biz, əlbəttə ki, qərarlar qəbul etməliyik, onları həyata keçirməyə hazır olmalıyıq", - Kreml rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri hansı silahların istifadə edildiyini və necə istifadə edildiyini diqqətlə izləyir, həmçinin Qərbin münaqişədə artan iştirakını qeyd edir.
Bizim Media