İsrail Ordusu sentyabrın 27-də Beyrutun Dahiya məhəlləsinə endirdiyi aviazərbə nəticəsində Hizbullah lideri Şeyx Həsən Nəsrullahla birgə 20-dən çox Hizbullah üzvünün öldürüldüyünü açıqlayıb.
Bizim Media xəbər verir ki, İsrail Ordusu aviazərbə zamanı aşağıdakı şəxslərin öldüyünü açıqlayıb:
MÖVZU İLƏ BAĞLI:
Həsən Nəsrullahın ölüm səbəbi məlum oldu
Ali Karaki – “Hizbullah”ın cənub cəbhəsinin komandiri;
İbrahim Huseyn Cazini - Şeyx Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi;
Samir Taufik Diab - Şeyx Həsən Nəsrullahın məsləhətçisi;
Abd al-Amir Məhəmməd Siblini – Hizbullah qüvvələrinin formalaşdırılmasına məsul şəxs;
Ali Navaf Ayub – “Hizbullah”ın atəş gücünə məsul şəxs:
İbrahim Huseyn Cazini və Samir Taufik Diab Şeyx Həsən Nəsrullaha ən yaxın şəxslər sırasında olub.
Bizim Media