BRICS-ə daha 10 ölkə qoşulacaq

Hazırda oxunan: BRICS-ə daha 10 ölkə qoşulacaq

213659

Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib ki, oktyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək sammit zamanı BRICS iqtisadi blokuna 10-a yaxın yeni üzv qoşulacaq.

Bizim.Media xəbər verir ki, Belarus rəsmisi Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində çıxışında bu il BRICS-ə sədrlik edən Moskvanın blokun genişlənməsi üçün dövlətlərin siyahısını tərtib etdiyini bildirib.

O, Belarusun üzvlüklə bağlı müraciətinin təsdiq ediləcəyinə ümidvar olduğunu deyib.

2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan BRICS 2011-ci ildə Cənubi Afrikanı da öz sıralarına daxil edib. 2023-cü ilin dekabrında daha da genişlənməsinə və altı yeni üzvün qoşulmasına baxmayaraq, blok orijinal adını saxlamağa üstünlük verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin