Lukaşenkodan TƏHDİD: “Belarusa hücum olarsa, nüvə silahından istifadə edəcəyik”

Hazırda oxunan: Lukaşenkodan TƏHDİD: “Belarusa hücum olarsa, nüvə silahından istifadə edəcəyik”

213424

“NATO Belarusa hücum edərsə, Minsk Rusiya ilə razılaşmaya əsasən ölkədə yerləşdirilmiş nüvə silahından istifadə edəcək”. 

Bizim.Media “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. 

O qeyd edib ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı çıxışında silahın Belarusa hücumda istifadəsinin mümkünlüyünü təsdiqləyib: 

“Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda nüvə doktrinasına düzəliş edərək, təsdiqləyib ki, Rusiya və Belarusa hücum olsa, biz nüvə silahından istifadə edəcəyik. O, sözümü təsdiqlədi. Bu, mənim bəyanatımın mahiyyəti idi. NATO, Amerika, Polşa bizə hücum edən kimi biz nüvə silahından istifadə edəcəyik. Rusiya isə bizim üçün bu işə daxil olur”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin