2021-ci ildə “Dünya gözəli” ("Miss Universe") beynəlxalq gözəllik müsabiqəsinin qalibi Meksika təmsilçisi Andrea Mesa olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, finalçılar arasında Braziliya, Hindistan, Peru və Dominik Respublikasından olan qızlar da yer alıb.
Bu il müsabiqə COVİD-19 səbəbiylə lazımi təhlükəsizlik tədbirlərinə uyğun olaraq Florida (ABŞ) şəhərində keçirilib. Yarışda Rusiya Federasiyasını “Miss Rusiya 2019” müsabiqəsinin qalibi Alina Sanko təmsil edib.
Bundan əvvəl "Dünya gözəli" titulu Cənubi Afrika təmsilçisi Zosibini Tunziyə məxsus idi.
Bizim.Media