Avropa İttifaqı (Aİ) noyabrın 10-dan Aİ-yə daxil olmayan ölkələrin vətəndaşları üçün Şengen zonasına daxil olmaqda yeni qaydalar tətbiq edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Siyasi Hesabatında bildirilib.
Qeyd edilib ki, əsas yenilik xarici vətəndaşların giriş-çıxışını avtomatik qeydə alacaq “Giriş/Çıxış Sxemi”ni (EES) tənzimləyəcək sərhəd nəzarəti sistemi olacaq.
İlk daxil olduqdan sonra səyahətçilərdən biometrik məlumatlar toplanacaq və bu məlumatlar sistemdə 3 il saxlanılacaq və ənənəvi pasport möhürləri əvəzinə avtomatik olaraq özünəxidmət terminalları vasitəsilə qeydiyyat aparılacaq.
Hər dəfə sərhədi keçəndə bu terminallarda pasportu skan etmək lazım olacaq.
Biometrik məlumatların təqdim edilməsindən imtina girişin rədd edilməsi ilə nəticələnəcək. EES sistemi Kipr və İrlandiya istisna olmaqla, bütün Aİ ölkələrində, həmçinin Aİ-yə daxil olmayan dörd Şengen ölkəsində - İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə fəaliyyət göstərəcək.
Bizim.Media