İngiltərə klubunun türkiyəli məşqçisi istefaya göndərildi

Hazırda oxunan: İngiltərə klubunun türkiyəli məşqçisi istefaya göndərildi

212838

Uelsin "Kardiff Siti" klubu baş məşqçi Erol Bulutla bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, İngiltərə Çempionşip təmsilçisi türk mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Erol Bulut ötən ilin yayında "Kardiff Siti"nin baş məşqçisi təyin olunmuşdu. Komanda Çempionşipdə 6 turdan sonra 1 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin