Tükiyə şirkəti Pakistan Beynəlxalq Hava Yollarını satın alacaq?

Hazırda oxunan: Tükiyə şirkəti Pakistan Beynəlxalq Hava Yollarını satın alacaq?

212734

Türk Hava Yolları Pakistanın dövlət hava daşıyıcısı olan Pakistan Beynəlxalq Hava Yollarını satın almaqda maraqlıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın dövlət maliyyə naziri Əli Pervaiz Malik televiziyaya müsahibəsində deyib.

O bildirib ki, Pakistan Beynəlxalq Hava Yollarının hazırda təxminən 2,9 milyard dollar borcu var və son illərdə bir çox hökumət yardım paketləri alıb.
 

Pakistanın Özəlləşdirmə Komissiyası artıq Pakistan Beynəlxalq Hava Yolları üçün hərracın 2024-cü il oktyabrın 1-də keçiriləcəyini açıqlayıb. Bildirilib ki, bir türk aviaşirkəti Pakistan Beynəlxalq Hava Yollarının alınmasına maraq göstərib.


“Fly Cinnah” və “Air Blue Limited” də daxil olmaqla, altı iddiaçı hərrac üçün əvvəlcədən seçilib. Hərracı asanlaşdırmaq üçün Pakistanın Özəlləşdirmə Komissiyası tender qaydalarına düzəliş etməyi planlaşdırır.

Keçmişdə dünyanın ən yaxşı hava yolları arasında sayılan Pakistan Beynəlxalq Hava Yollarını hansı türk hava yollarının satın almağa çalışdığı hələlik bəlli deyil.

Qeyd edək ki, Pakistan Beynəlxalq Hava Yolları 1985-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin bayraq daşıyıcısı olan “Emirates”in yaradılmasında da kömək göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin