Ukrayna Prezidenti Volodimir Zelenskinin Amerika lideri Co Baydenə təqdim edəcəyi “qələbə planı” dörd əsas bənddən ibarətdir.
Bizim.Media xəbər verir ki, sənədin məzmununu Britaniyanın “The Times” qəzeti açıqlayıb.
Nəşrin məlumatına görə, onlardan birincisi Qərbdən Ukrayna üçün təhlükəsizlik zəmanətləri, (NATO-ya daxil olduqdan sonra qarşılıqlı müdafiə öhdəliyi kimi), ikincisi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyata davam etməsi, üçüncüsü Ukraynanın “xüsusi” müasir silahlarla təmin edilməsi və sonuncu Ukraynaya beynəlxalq maliyyə yardımı tələbidir.
Xatırladaq ki, Zelenski hələ avqust ayında Ukrayna üçün “qələbə planı” təqdim etmək planlarını açıqlamışdı. O, “qələbə planı”nın beş bənddən ibarətdir olacağını demişdi.
Bizim.Media