Rusiyada ayı ata və oğulu ÖLDÜRDÜ

Hazırda oxunan: Rusiyada ayı ata və oğulu ÖLDÜRDÜ

212695

Rusiyanın Primorye diyarının İstintaq Komitəsinin İstintaq İdarəsi Pojarski rayonunun bağ massivində ayının hücumu nəticəsində iki kişinin ölümü ilə bağlı müraciəti araşdırmağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a idarənin mətbuat xidmətindən bildirilib.
İlkin məlumata görə, ölənlər ata və oğuldur.
 

Primorye diyarının regional meşə təsərrüfatı, ətraf mühitin mühafizəsi, heyvanlar aləmi və təbii sərvətlər nazirliyinin məlumatına görə, baş vermiş hadisə ilə əlaqədar yırtıcının öldürülməsinə icazə verilib. 


Ovçuluq nəzarəti mütəxəssisləri aqressiv ayının izlənməsi üçün tədbirlər görürlər. Həmçinin məlum olub ki, hadisədən bir gün əvvəl o, yaxınlıqda bir iti parçalayıb və yeyib, lakin bu barədə heç kim vaxtında məlumat verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin