Zaxarova Avropa Parlamentinin Maduronu həbs etmək çağırışını ŞƏRH ETDİ

Hazırda oxunan: Zaxarova Avropa Parlamentinin Maduronu həbs etmək çağırışını ŞƏRH ETDİ

212649

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Parlamentinin Venesuela Prezidenti Nikolas Maduronun həbsinə beynəlxalq order vermək və müxalifətçi Edmundo Qonsales Urrutianı dövlət başçısı kimi tanımaq çağırışını şərh edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün "Teleqram" kanalında yazıb.

"Bu bəyanatdan sonra Avropa Parlamenti "zorakılıq əlamətləri ilə və Avropa İttifaqına daxil olmayanları təqib etmək vəsvəsəsi ilə kollektiv şüursuzluğun təcəssümünə çevrilib" – Zaxarova qeyd edib.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Avropa Parlamenti tərəfindən "Aİ-yə üzv ölkələrin məsuliyyət zonasında törədilmiş "Şimal Axını" qaz kəmərlərindəki terror hücumlarının araşdırılmasında tam laqeyd olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin