Bu şəhərdə ölü basdırmağa yer tapılmır: Məzar yeri 20 min dollardır

Hazırda oxunan: Bu şəhərdə ölü basdırmağa yer tapılmır: Məzar yeri 20 min dollardır

212625
Banqladeşin paytaxtı Dakka dünyada insanların ən sıx yaşadığı şəhərlərdəndir.
xa0
İnsanlarının sayının çoxlu bir çox problemlər yaradır, onlardan biri də məzarlıq məsələsidir. Şəhər sakinlərindən olan Sürəyya Pərvinatasının məzarını ziyarət edə bilmir, çünki onun yerində artıq başqa şəxs basdırılıb. O, bir gün ailə üzvlərindən məzarlığı ziyarət edib-etmədiklərini soruşub və acı həqiqətlə üzləşib:
xa0
"Bilsəydim, bunun qarşısını almaq üçün nəsə edərdim. Məzar, atama aid son yer idi və artıq onu itirmişik. İlk övladım, ana və əmimin məzarlığı ilə bağlı da eyni hadisəni yaşamışıq"
xa0
Şəhərdə məzar təxminən 20 min dollara 2 il müddətinə satılır. Qayda 2008-ci ildən tətbiq edilməyə başlanılıb. Problemi daha da gücləndirən fakt ərazidə yaşayan Müsəlmanların üstünlük təşkil etməsidir və onlar meyitlərin yandırılmasından imtina edirlər. İnsanlar məzarlara nəzarət edən şəxslərə pul ödəyərək yaxınlarının meyitlərinin siyahıya alınmasına və başqa şəxsin əraziyə basdırılmasına mane olmağa çalışırlar. Bu metoddan istifadə edən şəxslərdən biri pulla qardaşının məzarını artıq 12 ildir mühafizə etdiyini deyir.xa0
xa0
Banqladeşli din xadimlərinə görə, İslam bir neçə şəxsin eyni məzarda basdırılmasına icazə verir. Lakin insanlar bu qayda ilə razılaşmaq istəmirlər. Təklif edilən digər həll yolu yaxınların eyni yerdə dəfn edilməsidir.xa0
xa0
Şəhərin ən böyük katolik kilsəsi olan Müqəddəs Rosarinin keşişi Komol Koraya xristian aləmində də dəfn üçün yer probleminin olduğunu dilə gətirir. Xristianlar 5 ildən bir yaxınlarının məzarını təhvil verməlidir.xa0
xa0
Qeyd edək ki, Dakkada hər kvadrat kilometrdə 44 min nəfər yaşayır. Şəhərdə yalnızca 8 dövlət, bir neçə şəxsi məzarlıq var.(Qaynarinfo)
xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin