Rusiya Ukrayna müharibəsinə son qoymaq istəyir - ANCAQ ŞƏRTİ VAR

Hazırda oxunan: Rusiya Ukrayna müharibəsinə son qoymaq istəyir - ANCAQ ŞƏRTİ VAR

212561

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskvanın maraqlarını nəzərə almadan Ukrayna böhranını həll etmək mümkün deyil.

Bizim.Media xəbər verir ki, onun açıqlamasının mətni Rusiya XİN-nin rəsmi saytında yerləşdirilib.

Zaxarova bildirib ki, Rusiya Ukrayna Prezidenti Volodmir Zelenskinin təklif etdiyi “sülh sammitində” iştirak etməyəcək. 

Onun sözlərinə görə, belə bir prosesin nizamlanma ilə heç bir əlaqəsi yoxdur:

“Eyni zamanda, Rusiya böhranı siyasi və diplomatik kanallarla həll etməkdən imtina etmir, mövcud vəziyyəti, geosiyasi reallıqları və Rusiya Prezidenti Vladimir Putin tərəfindən formalaşdırılmış təşəbbüsü nəzərə alan ciddi təklifləri müzakirə etməyə hazırdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin