Bu gün səhər saatlarında Hizbullah Hərəkatı Livandan İsrailə 105 raket atıb, 3 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Raketlərin 85-i Hayfaya, 20-i İsrail vadisinə istiqamətlənib. Saat 06.24-06.32, 06.52 və 07.00-da buraxılan raketlərin bir qismi havada vurulub, bir qismi isə Hayfa şəhəri yaxınlığındakı Kiryat-Byalik yaşayış məntəqəsinə düşüb.
Kiryat-Byalikdə 3 nəfər yaralanıb.
Hizbullah əsas hədəfinin Hayfa rayonunda yerləşən "Rafael" hərbi şirkətinin obyekti olduğunu bəyan edib.
Bizim.Media