İsrail və Həmas bir-birini yeni raket zərbələrinə “qonaq etdi”

Hazırda oxunan: İsrail və Həmas bir-birini yeni raket zərbələrinə “qonaq etdi”

21242

Həmas yaraqlıları bazar günü gecə İsraili yenidən atəşə tutub, İsrail ordusu isə Qəzza zolağına hücumlar təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumat BBC-nin rus xidmətində yer alıb.

Mənbə yazır ki, 2014-cü ildən bəri ən böyük konflikt yeddinci gündür davam edir. İsrailin baş naziri "lazım olduğu müddətdə" zərbə endirəcəyinə söz verib.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail Qəzzada xarici medianın yerləşdiyi binanı dağıtdı


"Bu axşam Həmas İsrailin mərkəzinə və cənubuna çox sayda raket atdı. Hava hücumundan müdafiə sistemimizin operatorları İsrailin səmalarını qorumağa kömək edir". IDF gecə mesajında belə deyib.

Təl-Əviv və Beer Sheva sakinləri raket hücumları barədə xəbərdarlıq edən sirenləri eşitdikdən sonra yenidən bomba sığınacaqlarına gediblər.

Kan televiziyası Beer Sheva üzərindəki “Dəmir Günbəz” sistemi tərəfindən beş raketin ələ keçirildiyi, yeddisinin açıq ərazilərə düşdüyünü söyləyib.

Gecə Həmasın Təl-Əvivə və ölkənin mərkəzi hissəsinə 55-ə yaxın raket atdığını İsrail Müdafiə Qüvvələrinin sözçüsü səhər saatlarında bildirib.

Fələstin mediası da öz növbəsində İsrail Hərbi Hava Qüvvələrinin son bir neçə saat ərzində Qəzza zolağındakı çoxsaylı hədəflərə hava hücumları başlatdığını bildirib. Times of Israel yazır ki, bu, İsrailin mərkəzi və cənub bölgələrinə geniş miqyaslı raket hücumundan qısa müddət sonra baş verib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin