"Taliban" hökumətinin diplomatı İran XİN-ə ÇAĞIRILDI

Hazırda oxunan: "Taliban" hökumətinin diplomatı İran XİN-ə ÇAĞIRILDI

212410

“Taliban” hökumətinin Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media xəbər verir ki, məlumatı “Mehr” yayıb.

Məlumata görə, diplomata Əfqanıstan nümayəndəsinin konfransda İranın dövlət himni ifa edilən zaman ayağa qalxmamasının qəbuledilməz olduğu çatdırılıb:

“Qonağın ev sahibi ölkənin rəmzlərinə hörmət etməsi, dövlət himnlərinə sayğı göstərməsi zərurətdir. Bu, beynəlxalq aləmdə qəbul edilmiş davranışdır. Əfqanıstan nümayəndəsinin hərəkətləri tədbirdə iştirakın yüksək məqsədlərinə uyğun deyildi”.

Müvəqqəti işlər vəkili ölkəsinin İran İslam Respublikasına xüsusi ehtiramını vurğulayaraq Əfqanıstan nümayəndəsinin hərəkətlərinin heç bir halda ölkəsinin fikirlərini əks etdirmədiyini vurğulayıb və İranın etirazlarını dərhal Kabilə çatdıracağını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin