"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Allahverdi Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Allahverdi Məmmədovun dələduzluq, rüşvət verməyə təhrik etmək, rəsmi sənədi saxtalaşdırmaq və qanunsuz miqrasiya təşkil etməyə cəhd cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunmaqla istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:11 / 20.09.2024
Beynəlxalq axtarışa verilmiş şəxs Almaniyadan ekstradisiya edilib
Hazırda oxunan: Beynəlxalq axtarışa verilmiş şəxs Almaniyadan ekstradisiya edilib
Hazırda oxunan: Beynəlxalq axtarışa verilmiş şəxs Almaniyadan ekstradisiya edilib
212367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.