Ölkədən qanunsuz çıxarılan 2,3 milyard dollar geri qaytarıldı - Qazaxıstanda KORRUPSİYA QALMAQALI

Hazırda oxunan: Ölkədən qanunsuz çıxarılan 2,3 milyard dollar geri qaytarıldı - Qazaxıstanda KORRUPSİYA QALMAQALI

212138

2022-ci ildən bəri Qazaxıstanın hakimiyyət orqanları ölkədən qeyri qanuni çıxarılmış ümumi məbləği 1 trilyon tengedən çox (təxminən 2,3 milyard dollar) olan aktivləri dövlət mülkiyyətinə qaytarıb.

Bizim.Media Kazinform agentliyinə istinadən xəbər verir ki, bunu Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin sədri Asxat Jumaqali deyib.

“Təkcə son 2,5 il ərzində anti-korrupsiyaya xidməti cinayət işlərinin istintaqı çərçivəsində 1 trilyon tenge və ya 2,3 milyard dollardan çox vəsaiti geri qaytarıb”, - deyə Jumaqali bildirib.

Onun sözlərinə görə, qaytarılan aktivlər arasında pul, daşınan və daşınmaz əmlak, şirkətlərdəki paylar var. Onlar Avstriya, Fransa, Lixtenşteyn, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və digər ölkələrdən geri qaytarılıb.

Agentlik xatırladır ki, 2022-ci ilin iyununda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkə vətəndaşlarının xaricə qanunsuz olaraq çıxardıqları vəsaitlərin geri qaytarılması məqsədilə idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin