Türkiyənin Sivas şəhərində görünüşü və inancı ilə diqqəti cəlb edən “dəvə qayası” populyarlığı ilə gündəmə gəlib. Qaya dəvəyə bənzədiyi üçün kənd sakinləri tərəfindən “Dəvə qayası” adı verilib.
Bizim.Media xəbər verir ki, Sivasın Kangal mahalına 20 kilometr məsafədə yerləşən Sarıpınar kəndindəki bu qaya yalnız həm də ziyarətinə görə məşhurlaşıb.
Əsrlər boyu övlad sahibi olmayan cütlüklər qayaya gedərək əllərinə götürdükləri daşları qayanın oyuqlarına atmağa çalışırlar.
Atılan xırda daşlar oyuqda qalarsa, uşaq sahibi olacağına inanc yaranır. Kəsilən qurbanlıqlar bişirilib ətrafdakı vətəndaşlara paylanılır.
Qayanın səthindəki insan başını xatırladan siluet də diqqət çəkib. Kənd sakinlərindən bir olan Xəlifə Şimşek uşaqsız gəlinlərin bu qayanı ziyarət etdiyini bildirib. Burada qoyun və ya xoruzlar kəsilərək qan tökülür. Kənd sakininin sözlərinə görə qayanın səthində evlərə bənzəyən yerlər var. Daş orada qalarsa, övladı olmayanların arzusunun yerinə yetəcəyinə işarədir.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Dünya
18:00 / 15.05.2021
Möcüzəvi qayadan inanılmaz İNANC - FOTOLAR
Hazırda oxunan: Möcüzəvi qayadan inanılmaz İNANC - FOTOLAR
Hazırda oxunan: Möcüzəvi qayadan inanılmaz İNANC - FOTOLAR
21196
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.