BMT Livanda peycerlərin partladılmasından son dərəcə narahatdır.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Livanda Hizbullah-a məxsus rabitə cihazları partladıldı, 200-dən çox yaralı var - VİDEO
“Bu hadisə son dərəcə narahatedicidir. Biz, şübhəsiz ki, mülki əhalinin itkisini pisləyirik”, - o, brifinqdə deyib.
S. Düjarrikin sözlərinə görə, insident Livan və Yaxın Şərq regionunda eskalasiya riskini artıra bilər.
Bizim.Media