Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı çay yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın ölümünün istintaqı davam edir. Narinin ölüm səbəbi bu gün məlum olub.
Bu barədə Bizim.Media "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, sümük və toxuma nümunələrinin tədqiqi nəticəsində Narin Güranın boğularaq öldürüldüyü müəyyən edilib.
Narinin yarılması prosesi zamanı hər növ cinayəti ortaya çıxaracaq 91 nümunə götürülüb. Cəsəddə gözlə görünən kəsici-deşici alət və ya güllə yarasının olmadığı qeyd edilib. Daxili qanaxma əlamətlərinin də olmadığı nəzərə çatdırılıb. Məhkəmə tibb ekspertləri uşağın meyitində çürümənin başladığını bildiriblər. Bu səbəbdən dəqiq ölüm vaxtı ilə bağlı açıqlamanı verməkdə çətinlik çəkdiklərini deyiblər.
Həmçinin, sentyabrın 13-də "Cinayət dəlillərini məhv etmək" ittihamı ilə həbs edilən Narinin əmisi Fuat Güranın həyat yoldaşı Hediye Güran da "Qəsdən adam öldürülməsində iştirak" maddəsi ilə həbs edilib. Bununla da istintaq çərçivəsində saxlanılanların sayı isə 12-yə çatıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:00 / 17.09.2024
Narin Güran hansı yolla qətlə yetirilib? - YENİ DETALLAR
Hazırda oxunan: Narin Güran hansı yolla qətlə yetirilib? - YENİ DETALLAR
Hazırda oxunan: Narin Güran hansı yolla qətlə yetirilib? - YENİ DETALLAR
211895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.