Yaponiyada uzunömürlülərin sayı 95 mini ötdü

Hazırda oxunan: Yaponiyada uzunömürlülərin sayı 95 mini ötdü

211838

Yaponiyada uzunömürlü insanların sayı 95 mini ötərək, yeni rekord müəyyən edib.

Bizim.Media xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi açıqlama yayıb. 

Bildirilib ki, ölkə üzrə yaşı 100 və daha yuxarı sakinlərin sayı 95 min 119 nəfərə çatıb. Uzunömürlü insanların 88 faizini qadınlar təşkil edir.

Nazirliyin açıqlamasına görə, uzunömürlülərin sayı əvvəlki illə müqayisədə 2 min 980 nəfər artıb. Ümumiyyətlə, Yaponiyada ardıcıl 54 ildir uzunömürlülərin sayında rekord qeydə alınır. Hazırda Yaponiyanın ən uzunömürlü vətəndaşı isə 116 yaşlı xanım İtooka Tomikadır. Ən yaşlı kişi 110 yaşlı Mizuno Kiyotakadır.

Qeyd edək ki, Yaponiya uzunömürlülər diyarı kimi tanınır. Əgər 1963-cü ildə ölkədə yaşı 100-dən çox olan 153 nəfər var idisə, 1981-ci ildə bu rərəm 1000-i, 1998-ci ildə 10 mini ötüb. Ekspertlər yaponların çox yaşamasının sirrini sağlam qidalanmada və aktiv həyat tərzində görürlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin