Trampa qarşı sui-qəsdə cəhd edən şəxsi 20 ilə qədər həbs gözləyir

Hazırda oxunan: Trampa qarşı sui-qəsdə cəhd edən şəxsi 20 ilə qədər həbs gözləyir

211784

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsddə şübhəli bilinən Rayan Uesli Root iki ittiham üzrə 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, məhkəmə sənədlərinə görə, Rootu odlu silah saxlamağa görə 15 il həbs və 250.000 dollar cərimə gözləyir.

Silahın silinmiş seriya nömrəsinə malik olmasına görə isə onu ikinci ittihama əsasən beş il həbs cəzası və cərimə də gözləyir.

Qeyd edək ki, iyulun 13-də də Pensilvaniya ştatında Trampa qarşı sui-qəsd cəhdi olmuşdu. Bu zaman o qulağından yaralanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin