Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev heç kimə nüvə münaqişəsinin lazım olmadığını deyib.
Bizim.Media xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb:
“Heç kimə nüvə münaqişəsi lazım deyil... Baxmayaraq ki... bunun üçün bütün dünya ictimaiyyəti üçün başa düşülən və nüvə qarşısının alınması doktrinamıza uyğun olan formal ilkin şərtlər var”, - deyə o, bildirib.
O qeyd edib ki, bu ilkin şərtlərdən biri də Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumudur. Medvedev vurğulayıb ki, Rusiya səbirlidir, çünki nüvə reaksiyası “dönməz nəticələri olan son dərəcə çətin qərardır”. Bununla belə, onun sözlərinə görə, Qərb etiraf etmək istəmir ki, “səbrin sonu gəlir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:35 / 14.09.2024
Medvedev: Nüvə münaqişəsi heç kimə lazım deyil”
Hazırda oxunan: Medvedev: Nüvə münaqişəsi heç kimə lazım deyil”
Hazırda oxunan: Medvedev: Nüvə münaqişəsi heç kimə lazım deyil”
211415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.