“ABŞ-ın Rusiya ilə hərbi münaqişəyə ehtiyacı yoxdur”- Tramp

Hazırda oxunan: “ABŞ-ın Rusiya ilə hərbi münaqişəyə ehtiyacı yoxdur”- Tramp

211404

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, ölkəsinin Rusiya ilə hərbi münaqişəyə ehtiyacı yoxdur.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, siyasətçi müvafiq bəyanatla Nevada ştatının Las-Veqas şəhərində çıxışı zamanı bildirib.

“Bunun qarşısını almaq məqsədəuyğundur”, - xəbər verir.

ABŞ-ın keçmiş rəhbəri həmçinin bildirib ki, Amerika vətəndaşları Kəmalə Harrisə səs verməklə Rusiyaya qarşı hərbi münaqişəyə dəstək verəcəklər.

Bundan əvvəl Tramp hazırkı Amerika lideri Co Baydeni Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamaqdan imtina etdiyinə görə tənqid etmişdi.

Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin