Texasda Bomont həbsxanasında qəribə hadisə baş verib.
24 yanvarda bir maşın həbsxana ərazisinə yaxınlaşıb və maşından bir qara idman çantasını həbsxana divarına yaxın bir yerdə tullayıb. Bir saatdan sonra məhbus Coşua Hansen həbsxana divarını aşıb və həmin çantaya doğru qaçıb. Mühafizəçilər Coşuanın qaçdığını görüb onun ardınca gediblər və... əlində qara çanta “qaçan” məhbusun geri döndüyünü görüblər.xa0xa0
Məlum olub ki, Hansen dostları ilə əlaqəyə girib və yaxşı şam yeməyi sifariş edib. Həmin vaxt isə məhbuslarla görüş qadağandır. Çantada əsil “ziyafət” dəstgahı olub- meyvələr, çipsi, toyuqdan hazırlanmış sosiska, qızardılmış tabaka, evdə hazırlanmış başqa yeməklər və bir neçə şüşə “Brendi”.
xa0Məhbus qaçmaq niyyətində olmadığını, sadəcə könlündən yeyib-içmək keçdiyini desə də, əlavə cəza müddəti alıb.




























































































