Almaniyada Drezdenin köhnə şəhəri ilə əsas şəhəri bağlayan "Karola" körpüsünün təxminən 330 metrlik hissəsi Elba çayına düşüb.
Bizim.Media xəbər verir ki, hadisə zamanı körpüdən keçən avtomobil olmadığından insan tələfatı olmayıb.
Körpünün və ətrafının bağlanması şəhər nəqliyyatında böyük gecikmələrə səbəb olub.
Bizim.Media