Maradona Trampı "kukla" adlandırdığına görə ABŞ-a buraxılmadı

Hazırda oxunan: Maradona Trampı "kukla" adlandırdığına görə ABŞ-a buraxılmadı

210862
Əfsanəvi argentinalı futbolçu Diyeqo Maradona Amerika prezidenti Donald Tramp haqqında xoşagəlməz fikirlər səsləndirdiyinə görə ABŞ vizası ala bilməyib.

Moderator.az report-a istinadən xəbər verir ki, bu barədə sabiq futbolçunun hüquqşünası Matias Morlaya istinadən "AS" nəşri məlumat yayıb.

Hüquqşünas bildirib ki, argentinalı 1994-cü ildən bu yana ilk dəfə keçmiş həyat yoldaşı ilə bağlı məhkəmədə ifadə vermək üçün ABŞ-a getmək qərarına gəlib. Marla Maradonaya müsahibə öncəsi ABŞ haqqında danışmamağı xahiş etsə də, futbolçu onun məsləhətini dinləməyib. "Donald Tramp haqqında nə düşünürsüz?" sualına cavab verən Maradona onu "marionet kuklası" adlandırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin