Moskva ətrafına pilotsuz uçuş aparatları (PUA) ilə hücumların ardından şəhərin dörd hava limanı uçuşlar üçün müvəqqəti olaraq bağlanıb.
Bizim.Media “rg.ru” saytına istinadən xəbər evrir ki, məhdudiyyətlər “Şeremetyevo”, “Domodedovo”, “Vnukovo” və “Jukovskiy” aeroportlarında tətbiq edilib.
MÖVZU İLƏ BAĞLI:
Moskvaya dron hücumu: Ölən və yaralanan var - VİDEO
Təkcə “Vnukovo”da 20-dən çox beynəlxalq aviareys təxirə salınıb. Eyni zamanda 35 təyyarənin sözü gedən aeroporta enişi ləğv edilib. Eyni hal “Domodedovo” və “Jukovskiy” hava limanlarında da yaşanır.
“Rosaviasiya”nın mətbuat xidməti faktı təsdiqləyib. Qurumdan bildirilib ki, bu addım təhlükəsizlik səbəbindən atılsa da səhər saatlarında “Vnukovo” fəaliyyətini bərpa edib. Digər aeroportlarla bağlı müvafiq qərar hələ ki, yoxdur.
Qeyd edək ki, ötən gecə Rusiyanın bir neçə şəhərinə PUA-larla hücum olub. Paytaxt Moskvanın Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 PUA-nın zərərsizləşdirildiyi açıqlanıb.
Bizim.Media