Ukrayna Gürcüstandakı diplomatını geri çağırdı

Hazırda oxunan: Ukrayna Gürcüstandakı diplomatını geri çağırdı

Ukrayna, Gürcüstandakı diplomatını geri çağırdı. Yeni xarici işlər naziri Mixail Xarişinin reallıqları anlamadığını vurğuladı və müavini İrina Borovetsin istefasının müzakirə olunmasını təklif etdi.
210620

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişin geri çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa Facebook hesabında yazıb.

O, bu barədə Ukrayna səfirləri və baş konsulları ilə görüşdən sonra paylaşım edib.

Yeni nazir Xarişinin hazırda döyüşən dövlətin diplomatiyasının reallıqlarını tam olaraq anlamadığını qeyd edib.

Sibiqa, eyni zamanda XİN rəhbərinin müavini İrina Borovetsin istefasının nəzərdən keçirilməsini təklif edib.

Xatırladaq ki, sentyabrın 5-də Ukrayna Ali Radası Andrey Sibiqanı ölkənin yeni XİN rəhbəri təyin edib. O bu vəzifədə Dmitri Kulebanı əvəz edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin