İran Rusiyaya uzaq mənzilli raketlər verir - Ukrayna infrastrukturuna hücum gözlənilir

Hazırda oxunan: İran Rusiyaya uzaq mənzilli raketlər verir - Ukrayna infrastrukturuna hücum gözlənilir

210496

Bu payız və qışda Rusiya Federasiyası İranın Fath-360 raketləri ilə Ukraynanın infrastrukturuna hücum edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun ( ISW) yaydığı xüsusi hesabatda məlumat yayılıb.

Məlumatda iddia olunur ki, İran bu yaxınlarda Rusiyaya 200-dən çox belə raket verib.

Fath-360 qısamənzilli ballistik raketlər sinfinə aiddir. İranda daha güclü və daha uzaq mənzilli Fateh-110 raketləri var. Şübhələr var ki, ruslar və iranlılar raket texnologiyalarının transferi məsələsində müşahidəçi "gözləri" aldadaraq, Fateh-110-u Rusiya Federasiyasına daşıyırlar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin