Türkiyə Müdafiə Nazirliyi üçüncü ölkələr üçün S-400-dən heç bir təhlükə olmadığını elan edib.
Bizim.Media xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar Ankaranın satın aldığı Rusiyanın S-400 zenit-raket komplekslərindən yalnız hava hücumunu dəf etmək üçün istifadə edilə biləcəyini və digər ölkələr üçün heç bir təhlükə yaratmadığını söyləyib:
MÖVZU İLƏ BAĞLI:
Türkiyə 4 ayda 988 terrorçunu məhv edib – Hulisi Akar “amansız olacağıq” dedi
“Hər kəs bilməlidir ki, yeganə narahatlığımız ölkəmizə hava və raketdən müdafiədir. Bu hava hücumundan müdafiə sistemi olduğu üçün raketə qarşı istifadə edilə bilən bir sistemdir. Bu sistemlər heç kim üçün risk, təhdid və ya təhlükə yaratmır”, deyə nazir əlavə edib.
Alçina Amilqızı, Bizim.Media