Latviya hakimiyyəti Belarus nömrəli avtomobillərin ölkəyə girişini QADAĞAN EDİR

Hazırda oxunan: Latviya hakimiyyəti Belarus nömrəli avtomobillərin ölkəyə girişini QADAĞAN EDİR

210183

Latviya hakimiyyəti Belarus dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan etmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

Bildirilib ki, müvafiq qanun layihəsi birinci oxunuşda ölkə Seymi tərəfindən qəbul edilib.

Təşəbbüs aktuallıq tapdığından, layihəyə üç yox, iki oxunuşda baxılacaq.

Qanun qəbul olunarsa, Belarusda qeydiyyatda olan avtomobillər oktyabrın 31-dək yenidən qeydiyyata alınmalı və ya Latviyadan çıxarılmalı olacaq, əks halda avtomobil müsadirə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin