Zelenski Kurska hücumun məqsədini AÇIQLADI – VİDEO

Hazırda oxunan: Zelenski Kurska hücumun məqsədini AÇIQLADI – VİDEO

210117

Ukraynanın Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyat qabaqlayıcı zərbədir. Ukrayna komandanlığı “A” planını tətbiq edib. 

Bizim.Media “rbc.ua”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News” telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ukrayna bilirdi ki, ruslar Sumı vilayətində sərhədi keçə bilərlər: 

“Əgər bu baş versəydi, Ukrayna rusları uzun müddət dayandırmalı olacaqdı. Sonra onları sıxışdırıb çıxarmaq üçün insan və silah ehtiyatı baxımından üstünlüyə malik olmalısınız. Buna görə də biz əməliyyat kimi hazırladığımız belə bir qabaqlayıcı zərbə endirdik”. 

Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi hərbi əməliyyat Ukrayna tərəfinin daha genişmiqyaslı fəaliyyətinin bir hissəsidir: 

“Mən sizə açıq deyəcəyəm - bu, əməliyyatın bir hissəsidir. Dövlətimizin şərqində, Xarkov vilayətində, eləcə də cənubda Rusiyanın təzyiqlərini zəiflətmək üçün nəzərdə tutduğumuz və tətbiq etməyi vacib hesab etdiyimiz müxtəlif tədbirlər var. Biz həm də bizim üçün çox çətin olduğu Zaporojye, Xerson, eləcə də Donbass, Pokrovsk, Toretskdən danışırıq. Buna görə də Kursk vilayəti əməliyyatın bir hissəsi olub”. 

O əlavə edib ki, Ukraynanın Kursk vilayətində əraziləri saxlamaq perspektivləri artıq razılaşdırılan silahların tədarükündən asılıdır. 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin