Kulebanın işdən çıxarılmasının səbəbi açıqlandı

Hazırda oxunan: Kulebanın işdən çıxarılmasının səbəbi açıqlandı

210055

“Dmitri Kuleba ona görə vəzifəsindən istefa verdi ki, onun Ukrayna ordusunun silahla təminatı məsələsini həll etməyə enerjisi çatmırdı”.

Bizim.Media “UNIAN“a istinadən xəbər verir ki, bunu hakim “Xalqın Xidmətçisi” partiyasının iclasında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, keçmiş ədliyyə naziri D.Malyuskanın yeni vəzifəsini açıqlaya bilməz:
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynanın Xarici İşlər Naziri istefa verdi - FOTO


"Ədliyyə naziri postundan onun özü ayrılmaq istəyib".

V.Zelenski eyni zamanda Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişinanın işindən razılıq ifadə edib.

Toplantıda müzakirə edilən məsələlər arasında ölkəni tərk edən ukraynalıların geri qaytarılması ilə məşğul olacaq nazirliyin yaradılması da olub.

Bununla belə, bu quruma rəhbərlik edəcək şəxsin adı açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin