Gürcüstanda LGBT-nin təbliği QADAĞAN OLUNDU

Hazırda oxunan: Gürcüstanda LGBT-nin təbliği QADAĞAN OLUNDU

210003

Gürcüstanda LGBT təbliğatını qadağan edən qanun layihələri paketi ikinci oxunuşda qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Layihədə eynicinslilərin nikahı, cinsiyyətinin dəyişdirilməsi üçün tibbi prosedurlar, uşaqların homoseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təhsil müəssisələrində və mediada təbliği qadağan olunur.

Bildirilib ki, bir sıra müxalifət partiyaları qərarı boykot etdiyi üçün parlamentin plenar iclasına qatılmayıb.

Qanun layihələri paketi 81 səslə qəbul edilib.

Qeyd edək ki, iyunun 27-də Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihələri paketini birinci oxunuşda təsdiqləmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin