Rəsmi Kiyev Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı istefaya göndərməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” mənbələrə istinadən məlumat yayıb.
İdda edilir ki, Kiyevdə bu vəzifəyə namizədliyi müzakirə edilir və ən layiqli namizəd xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa hesab olunur.
“Mənbələr deyir ki, hökumət başqa ixtisarlar hazırlayır. Eyni zamanda, baş nazir Denis Şmıxalın vəzifəsində qaldığı bildirilir”, - qəzet yazır.
Qeyd edək ki, bu gün Ukrayna baş nazirinin müavini İrina Vereşçuk istefaya gedir. Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina da istefa vermək qərarına gəlib.
Müraciətlər həmçinin Strateji Sənaye Nazirliyinin rəhbəri, Ədliyyə Nazirliyinin rəhbəri və Ukraynanın Ekologiya Nazirliyinin rəhbəri tərəfindən təqdim edilib. Onlarla birlikdə Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri də istefa ərizəsi təqdim edib.
Bizim.Media