NATO Baş katibinin müavini İSTEFA VERƏCƏK

Hazırda oxunan: NATO Baş katibinin müavini İSTEFA VERƏCƏK

NATO Baş katibinin müavini Mirça Dan Coane (Mircea Geoana) sentyabrın 10-da vəzifəsindən istefa verəcək. Coane artıq baş katibə istefasını bildirmişdir.

209819

NATO Baş katibinin müavini Mirça Dan Coane (Mircea Geoana) sentyabrın 10-da tutduğu vəzifəsidən istefa verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə NATO  məlumatı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

NATO ABŞ imperiyasının maraqlarına xidmət edir - İrlandiyalı deputat


Bildirilib ki, Coane artıq Baş katib Yens Stoltenberqə sentyabrın 10-da onun müavini vəzifəsindən çəkiləcəyi barədə məlumat verib. Stoltenberq istefanı qəbul edərək ona bu vaxta qədərki xidmətlərinə görə təşəkkür edib.

Qeyd edək ki, Coane NATO-ya təxminən beş il xidmət edib. Onun texnologiya və yeni təhlükəsizlik çağırışlarına diqqəti Alyansda innovasiyaları təşviq etməkdə həlledici rol oynayıb.

Onu müvəqqəti olaraq Siyasi işlər və təhlükəsizlik siyasəti (PASP) üzrə Baş katibin köməkçisi Boris Ruge əvəz edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin