Ermənilər Şevçenkonu ölümlə hədələdi - sırada Korotçenkodur

Hazırda oxunan: Ermənilər Şevçenkonu ölümlə hədələdi - sırada Korotçenkodur

2098

Rusiyanın tanınmış ictimai xadimləri - hərbi ekspert İqor Korotçenko və jurnalist Maksim Şevçenko erməni lobbisi və ermənilər üçün çalışan “beşinci kolon” tərəfindən təhdid və təhqirlərə məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Gradator.Ru" saytı məlumat yayıb.

Bildirilib ki, bu cəsur rusiyalılar Rusiyanın Ermənistan tərəfindən Qarabağ müharibəsinə qarışmamalı olduğunu söyləməkdən çəkinmədilər, çünki bu, beynəlxalq hüquqa ziddir və Rusiyanın milli təhlükəsizliyi baxımından təhdidlər yaradır.

Bundan əlavə, adları çəkilən ekspertlər Azərbaycan torpaqlarını tərk etmək istəməyən Ermənistanın maraqları uğrunda rusiyalıların ölməməli olduğunu və bu səbəbdən baş verənlərə görə ermənilərin məsuliyyət daşıdığını söyləyirlər. Nəticədə, Rusiyanın erməni lobbisi onlar üçün əlverişsiz olan ekspertləri susdurmaq istəyiR. Onlar Rusiya mediasının erməni bataqlığındakı "üsyançıları" qorxutmağa və onlara böhtan atmağa çalışırlar.

Həmçinin, vurğulanıb ki, bir müddət əvvəl erməni milliyətçiləri Şevçekonu ölümlə hədələyir, sosial şəbəkələrdə ona qarşı təhdidlər yağdırıblar. İndi isə Korotçenko hədəfdədir. Onun şəxsiyyətini və ləyaqətini gözdən salmaq üçün hərəkətə keçiblər. Korotçenko rusiyalı hərbi ekspert, nüfuzlu "Voennoye obozreniye" jurnalının baş redaktoru, Rusiyaın dövlət xadimidir, hazırda erməni sürüsünün hücumuna məruz qalıb.

Qeyd edək ki, ermənilərin şikayəti əsasında Korotçenkonun “Tvitter” səhifəsi bloklanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin