Türkiyədə İsrail agenti TUTULDU

Hazırda oxunan: Türkiyədə İsrail agenti TUTULDU

209793

Avqustun 30-da Türkiyənin kəşfiyyat xidmətinin (MİT) və İstanbul Polisinin Terrorla Mübarizə İdarəsinin birgə əməliyyatı zamanı Mossad agenti Liridon Rexhepi saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı MİT-in mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, o, agentlər və əməliyyatlar üçün ayrılan maliyyəyə nəzarət edirmiş.

Eyni zamanda, Mossad-ın maraqları naminə kəşfiyyat məlumatları toplamaqda şübhəli bilinən ümumilikdə 7 nəfər saxlanılıb.

Mossad-ın Türkiyədəki iqtisadi şəbəkəsinin rəhbəri kimi təsvir edilən məhbus Liridon Rexhepi pilotsuz təyyarələrlə bağlı kəşfiyyat məlumatı toplayan şəbəkəni idarə edib və Fələstin siyasətçilərinə psixoloji təsir əməliyyatları həyata keçirib.

Onun Suriya və Kosovodakı agentləri də idarə etdiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin