Məlum olduğu kimi, avqustun 6-da Ukrayna ordusu gözlənilmədən Kurska hücum edərək, vilayətin 100-dən çox yaşayış məntəqəsini ələ keçirib. Rusiya isə hələlik həmin ərazini geri qaytarmaq gücündə deyil. Çünki həmin istiqamətdə lazımi qədər hərbi qüvvə və potensiala malik deyil. Bu proseslər fonunda artıq Moskva itirdiyi əraziləri geri qaytarmaq üçün Donbasda yerləşdirdiyi qoşunlarının bir hissəsini Kurska göndərmək məcburiyyətində qalıb.
Görəsən belə olan halda müharibənin seyri necə dəyişəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Rusiyanın Donetsk istiqamətindən qoşunlarını çıxarıb, Kursk istiqamətinə aparması Kremlin Ukrayna ərazisində həyata keçirdiyi əməliyyatlara mənfi təsir göstərəcək:
“Bu mənada müharibənin yaxın müddətdə başa çatacağı gözlənilmir. Ukrayna qoşunlarının rus qoşunlarını öz ərazilərindən çıxarması da ən azından yaxın perspektivdə mümkün görünmür. Buna Ukraynanın imkanları çatmır”.
Deputat Fazil Mustafa da düşünür ki, artıq Rusiyanın özü üçün də çətin anlar başlayıb:
“Ukrayna isə onsuz da çətin vəziyyətdədir və riskə getməyə məcburdur. Kiyev mövcud vəziyyətdə hansısa sürprizlər etməyə çalışacaq və vəziyyətdən çıxmaq üçün bu cür yollara tez-tez əl atacaq. Əsas isə Rusiyanın vəziyyətidir. Görəsən o, düşdüyü bu bataqlıqdan necə çıxacaq? Rusiyanın hansısa bir ərazisinin işğalı son yüz ildə baş verən nadir hadisələrdən biridir”.
Həmsöhbətimizə görə, Rusiya üçün daha ciddi sürprizlər ortaya çıxacaq:
“Donetskdə qüvvələrin zəifləməsi müəyyən dərəcədə rus qoşunlarının geri otuzdurulması ilə də nəticələnə bilər. Hər halda hər iki dövlət üçün daha məsuliyyətli dövr başlayır. Kim daha hazırlıqlı olacaqsa, o da uduş əldə edəcək”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
10:00 / 04.09.2024
Ukraynanın həmləsi vəziyyəti DƏYİŞDİRDİ – “Rusiyanı daha ciddi “sürpriz”lər GÖZLƏYİR”
Hazırda oxunan: Ukraynanın həmləsi vəziyyəti DƏYİŞDİRDİ – “Rusiyanı daha ciddi “sürpriz”lər GÖZLƏYİR”
Hazırda oxunan: Ukraynanın həmləsi vəziyyəti DƏYİŞDİRDİ – “Rusiyanı daha ciddi “sürpriz”lər GÖZLƏYİR”
Ukraynanın həmləsi vəziyyəti dəyişdirdi, Rusiya daha ciddi sürprizlər gözləyir. Hərbi ekspertlər Rusiyanın Donetsk istiqamətindən Kurska qoşunlarının geri otuzdurmasının müharibənin seyrini dəyişəcəyini bildirirlər.
209783
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.