“Ukrayna Silahlı Qüvvələri Kurska britaniyalıların təşəbbüsü ilə hücum edib”.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Fransa ordusunun keçmiş generalı Dominik Delavard Rusiyanın Kursk bölgəsinə hücumda əcnəbilərin iştirakını şərh edərkən bildirib.
Delavardın sözlərinə görə, Rusiya ərazisini işğal etmək əməliyyatı daha çox Britaniya üslubundadır. Eyni zamanda, o bildirib ki, amerikalıların iştirakı olmadan bu, baş verə bilməzdi:
“Digər tərəfdən ingilislər də var. İlk növbədə ona görə ki, bu, Britaniya Müdafiə Nazirliyi tərəfindən tanınıb. Düşünürəm ki, britaniyalılar Ukraynada daha aydın şəkildə iştirak edir, xüsusi təyinatlılar hazırdır və döyüşlərdə iştirak edir. Şəxsən mən belə düşünürəm və səhv də edə bilərəm, lakin iştirak edən tərəflərlə bağlı təcrübəmə əsaslanaraq hesab edirəm ki, Kursk əməliyyatını amerikalılar deyil, daha çox ingilislər başladıb və amerikalılar da bu işdə iştirak ediblər. Bu əməliyyat tərzi də daha çox ingilis üslubundadır”.
O həmçinin qeyd edib ki, Kursk bölgəsinə edilən hücumda yüzlərlə fransız muzdluları iştirak edib:
“Orada peşəkar hərbi statusu olan fransızlar çox deyil. Təbii ki, daha çox fransız muzdluları olub. Hansı ki, özlərini sübut etmək istəyən, onları macəranın gözlədiyini düşünən itkin əsgərlərdirlər. Onların sayı yüzlərlə ola bilər və onların çoxu ya tabutlarda qayıtdı, ya da orada gördüklərindən iyrəndi. Odur ki, düşünürəm, orada hazırda fransız muzdlularının sayı çox az alıb”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:38 / 02.09.2024
Fransız general: “Ukraynanın Kurska hücumunun arxasında Britaniya dayanır” – VİDEO
Hazırda oxunan: Fransız general: “Ukraynanın Kurska hücumunun arxasında Britaniya dayanır” – VİDEO
Hazırda oxunan: Fransız general: “Ukraynanın Kurska hücumunun arxasında Britaniya dayanır” – VİDEO
Fransız general Dominik Delavardın deyimi ilə, Ukrayna'nın Kurska əməliyyatındakı rolunu Britaniya təşkil edir. Amerikalıların iştirakı olmadan bu hücum baş verməzdi və Kursk əməliyyatı daha çox ingilis üslubundadır. Yüzlərlə fransız muzdluları da bu hücumda iştirak etmişlər, ancaq onların sayı hazırda azalmışdır.
209643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.