Qərb ölkəmizə qarşı açıq düşmənçilik kursundan imtina etməlidir - Lavrov

Hazırda oxunan: Qərb ölkəmizə qarşı açıq düşmənçilik kursundan imtina etməlidir - Lavrov

209624

Moskva Rusiyanın maraqlarını nəzərə almadan heç bir Qərb sxemlərinə inteqrasiya etməyəcək, lakin Qərblə təmaslara açıq qalacaq, eyni zamanda qeyri-dost addımlara sərt reaksiya verəcək.

Bizim.Media Sputnik agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz iştirakımız olmadan və Rusiyanın maraqlarını nəzərə almadan Qərb qaydaları çərçivəsində yaradılmış müxtəlif sxemlərə inteqrasiya etmək fikrində deyilik. Prezident dəfələrlə vurğulayıb ki, biz kollektiv Qərb ölkələri ilə təmaslara açığıq. Əlbəttə ki, onlar ölkəmizə qarşı açıq düşmənçilik kursundan imtina etməlidirlər" - Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya istənilən ssenariyə hazırdır və Moskva Qərbin niyyətlərinə bəyanatlarla deyil, əməlləri ilə cavab verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin