MASKDAN XƏBƏRDARLIQ: ABŞ iflasa uğrayacaq

Hazırda oxunan: MASKDAN XƏBƏRDARLIQ: ABŞ iflasa uğrayacaq

209544

ABŞ sürətlə iflasa yaxınlaşır və bunun səbəbi inflyasiyanın artmasına səbəb olan həddən artıq çox xərcləmədir. 

Bizim.Media xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask bildirib.

Mask X sosial şəbəkəsində bir istifadəçinin ABŞ hakimiyyətinin 2035-ci ilə qədər ölkənin dövlət borcunu daha 16 trilyon dollar artırmağı planlaşdırdığını bildirən yazısına cavab verib.

"Hökumət xərclərinin hazırkı tempi ilə, ABŞ sürətlə iflasa yaxınlaşır", – Mask sosial şəbəkədəki səhifəsində yazıb.

May ayında ABŞ Konqresinin Büdcə Ofisi növbəti 30 il ərzində ölkənin milli borcunun ÜDM-in 166%-nə qədər artacağı barədə hesabat dərc edib.

Eyni zamanda, göstəricinin ÜDM-in 250%-nə yüksəlməsi riskini də istisna etmək olmaz. Co Baydenin prezidentliyi dövründə ABŞ-ın milli borcu 2021-ci ildəki 28 trilyon dollardan bu il görünməmiş səviyyəyə 34,5 trilyon dollardan çox artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin