Tarakan, yumurta, diş həkimi, akula – Məşhurların ilginc FOBİYALARI 

Hazırda oxunan: Tarakan, yumurta, diş həkimi, akula – Məşhurların ilginc FOBİYALARI 

20952

Mütəxəssislər məşhur insanların qorxularının bəzilərinin tarixin gedişatına təsir etdiyini düşünürlər.

Bizim.Media vaxtıykən dünyaya hökm edən, yenilik gətiriən insanların bəsit, kiçik qorxularını araşdırıb.

Sən demə dünyaya meydan oxuyan güclü şəxsiyyətlər qorxuları qarşısında cılız, adi və qorxaq bir insana çevrilirlər.

Keçmişdən zamanımıza qədər bir çox tarixi şəxsiyyət və məşhurun ​​qəribə fobiyaları olub. Sən demə, Hollivud aktrisası Pamella Anderson öz əksindən qorxur. Sən demə o, öz əksinə güzgüdən baxmaqdan çəkinir. O, həmçinin ekranda da özünə tamaşa etməkdən qorxur.

Onun həmkarı Kianu Rivz isə qaranlıqdan qorxur. O, gecə yatanda da mütləq otağın işığı yanmalıdır.

ABŞ-ın eks prezidenti Donald Tramp bu yaxınlarda akuladan dəhşətli dərəcədə qorxduğunu deyib. O, bildirib ki, bu dəniz canlısına hətta ekrandan da tamaşa edə bilmir.
 

Dünyaya öz qorxulu filmləri ilə yenilik gətirən və hamını qorxuya salan məşhur Alfred Hiçkok adi toyuq yumurtasından qorxub. O, müsahibələrinin birində boynuna alıb ki, ömründə heç vaxt yumurta yeməyib.


Bu qorxu ona uşaqlıqdan ötürülüb. Belə ki, dahi rejissorun valideynləri cadugərlərin yumurta vasitəsilə insanları lənətləməsinə inanırdılar və onların evində heç zaman yumurta yeyilmirdi.

Məşhur “qara pantera” ləqəbli model Naomi Kembel mikroblardan qorxur. O, onu əhatə edən əşyaların mütləq şəkildə dezinfeksiya edilməsini tələb edir. Bundan başqa onun hər zaman yanında antibakterial salfetlər olur. Hara gedirsə əvvəl ətrafındakı əşyaları salfetlərlə təmizləyir.
 

Şimalı Koreya lideri, dünyaya qəddarlığı ilə səs salan diktator Kim Çen Inn təyyarələrdən dəhşətli dərəcədə qorxur. O, bütün səyahətlərini zirehli qatarı ilə edir. Çox təəccüblüdür ki, bu fobiyadan onun atası və babası da əziyyət çəkib.


Dünyanı dəhşətə salan, milyonlarla insan qatili sayılan Adolf Hitler isə diş həkimindən qorxurmuş.

O, bu fobiyasına görə, həftələrlə diş ağrılarına dözürmüş. Psixoloqların fikrincə, onun uzun zaman çəkdiyi diş ağrıları qəddarlığının daha da qatılaşmasında rol oynayıb. 

Rusiyalı qəddar, islahatçı imperator I Pyotr tarakanlardan dəhşətli dərəcədə qorxub. O, hətta bu həşəratları görəndə qıcolma da keçirirmiş.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin