“X” şirkətinin Baş Qərargahı BAĞLANIR

Hazırda oxunan: “X” şirkətinin Baş Qərargahı BAĞLANIR

İlon Maskın "X" şirkəti işçilərini San-Fransiskodakı qərargahını bağlayacağını və yeni qərargahın olacağı yeri hələ müəyyən edilmədiyini açıqlayıb. Bu qərarın ardında, Twitterin adının dəyişdirilməsi, işçilərin ixtisar edilməsi, pandemiya və LGBT hüquqları ilə bağlı səbəblər olabileceyi bildirilir.
209201

İlon Maskın "X" şirkəti işçilərini San-Fransiskodakı (ABŞ) qərargahını bağlayacağı barədə xəbərdar edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Fortune" şirkətdəki mənbəyə istinadən məlumat yayıb.
 

Mənbənin sözlərinə görə, "X" işçilərə San Fransisko ofisinin bağlanma tarixini 13 sentyabr 2024-cü il kimi göstərən qısa bildiriş göndərib. İşçilərin şirkətin San Xose və Palo Altodakı filiallarına köçürülməsi planlaşdırılır. "X"in yeni qərargahının yeri hələ müəyyən edilməyib, lakin "Fortune" onun Texasda açıla biləcəyini təxmin edir.


"Washington Post" daha əvvəl bildirmişdi ki, bu qərar "Twitter"in adının "X"ə dəyişdirilməsindən sonra San-Fransisko ofisində bəzi işçilərin ixtisar edilməsi, eləcə də bir çox qalan işçilərin pandemiyadan bəri uzaqdan işləməyə davam etməsi ilə bağlı ola bilər.

İyul ayında İlon Mask özünün "X" səhifəsində bildirib ki, ştatın qubernatoru Qevin Nyusom tərəfindən imzalanmış məktəblərdə LGBT hüquqlarını təşviq edən Kaliforniya qanununa görə onun "SpaceX" şirkəti baş qərargahını San-Fransiskodan Texasa köçürür.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin